Tədqiqatlar nəticəsində məlum olub ki, çay ağız gigiyenasını pozan bakteriyalara qarşı mübarizə apararaq dişəti xəstəlikləri və çürümənin qarşısını alır.
Çayın tərkibindəki maddələr diş üzərindəki qida qalıqlarının turşu ifrazını və bakteriyaların çoxalmasının qarşısını alır. Həmçinin qida qalıqlarının diş üzərinə yapışmasına səbəb olan bakteriyaların tısirini azaldıb, ağız gigiyenasının qorunmasında fəal iştirak edir. Lakin daha xeyirli olduğu düşünülən bitki çaylarının tərkibində həddən artıq turşu olduğuna görə bu diş minasına zərər verə bilər. Buna görə də bitki çayı alarkən, pH səviyyəsinə diqqət etmək lazımdır. pH səviyyəsi yüksək olan çaylara üstünlük vermək daha məsləhətlidir.
Tərkibində şəkər və turşu olan içkilərin diş minasına zərər verdiyini və dişi çürütdüyünü deyən diş həkimləri belə içkilərdən mümkün olduqca uzaq qalmağı məsləhət görür. Diş sağlamlığı üçün ən mükəmməl içki sudur. Bununla yanaşı diş sağlamlığını qorumağın ən vacib yolu dişləri müntəzəm firçalamaq və diş iplərindən istifadə etməkdir.
Tərkibində olan kalsiyum sayəsində sümükləri gücləndirən süd səkər qatmadan içildikdə dişlər üçün də çox faydalıdır