Главная » 2009 » May » 3 » Bakı-Sumqayıt marşrutunda işləyən sürücülər etiraz aksiyası keçirirlər
18:31
Bakı-Sumqayıt marşrutunda işləyən sürücülər etiraz aksiyası keçirirlər
Bakı-Sumqayıt marşrutunda işləyən sürücülər etiraz aksiyası keçirirlər
[ 02 May 2009 15:41 ] Bakı. Nicat Mustafayev - APA. Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda Bakı-Sumqayıt istiqamətində hərəkət edən mikroavtobusların sürücüləri etiraz aksiyası keçirirlər.
Bu barədə APA-ya avtovağzalın sürücüləri məlumat veriblər. «Aksiyanın səbəbi bizim mikroavtobusların Bakı-Sumqayıt marşrutundan çıxarılmasıdır. Təxminən 300-ə yaxın mikroavtobus marşrutdan çıxarılıb. Həmin marşruta iri tutumlu yeni «Daewoo» avtobusları salınıb», - deyə sürücülərdən biri bildirib.
Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda bu məsələyə münasibət bildirilmir.
Azərbaycan Nəqliyyat Nazirliyindən isə APA-ya mikroavtobusların iri tutumlu avtobuslarla əvəz olunması barədə əvvəlcədən dəfələrlə xəbərdarlıq olunduğu deyilib.