ESAS BOLME
 » Ana Səhfə
 »Forum
 » Qonaq Kitabı
 »Xəbər və Yükləmələr
 » ZƏNGIMCELL
   » Namaz Vaxtı
   » Valyuta
 » Chat.Eylenceli.Ru.tc
   » MP3
   » YouTube KANAL
   » GROOVE A.K.A.BiToN
   »İFTAR VAXTI
   »FACEBOOK-da
   »REKLAM
   »11 КВАРТАЛ
   »ISTƏK MP3
   »Wap.Eylenceli.Ru.Tc
BOLMELER
Musiqi [36]
Sekil [5]
Kino,Video [20]
Xeberler [66]
WEB [9]
AUTO [1]
MOBIL [4]
DINI [3]
Oyun [3]
Yumor [5]
Seyir [1]
SHOW-BIZNES [4]
PROGRAM [1]
Sevgi [1]
Rus Dilinde Xeber [8]
mahni sozleri [9]
KURTLAR VADISI [1]
Azerbaycan [0]
AZERI REP [0]
Barcelona [1]
Fenerbahce [0]
11 KBAPTAЛ [6]
Micron & ДыМоК
RapRock [0]
MINI CHAT
200
Главная » 2010 » Mart » 8 » 8 MART VE TARIXI
02:34
8 MART VE TARIXI

     BUTUN ANALARI VE BACILARI WWW.BIZIM-MEKTEB.UCOZ.RU Sayti Adinnan Tebrik Edirem!

Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir. Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma "özünü tutmuş" yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi. Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 Mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.

Beynəlxalq Qadınlar Günü Azərbaycanda 8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Ədalət naminə demək lazımdır ki, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib. Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir. Respublikanın 85 rayonundan 2-nin icra başçısı, 22-nin isə icra başçısının müavinlərindən biri, Milli Məclis üzvlərinin 13-ü, iki komitə sədri, ombudsman, iki nazir müavini qadındır. Ali və apellyasiya məhkəmələrinin sədrləri də yaxın keçmişimizdə zərif cinsin nümayəndəsi olub. Amma çox təəssüflər olsun ki, bu gün biz bu göstəricilərə işğal olunmuş torpaqlarmızdan əsir götürülən qadınlarımızın siyahısını da əlavə etməli oluruq. Rəsmi məlumata görə, erməni əsirliyində 233 azərbaycanlı qadın, 71 uşaq var. Bəlkə də elə bu səbəbdəndir ki, qadınlarımız 8 Martı əvvəlki təntənə ilə qeyd edə bilmirlər. [redaktə / تحریر] Analar günü Amma dünyanın bir çox ölkələrində müxtəlif vaxtlarda qeyd olunan Analar günü bayramı var. Avstraliya, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada Analar günü mayın ikinci bazar gününə düşür. Hindistanda oktyabrın əvvəllərində on əli olan Durqa adlı ana-ilahənin şərəfinə on günlük Durqa Puca bayramı keçirilir. İspaniya və Portuqaliyada anaları dekabrın 8-də, Fransa və İsveçdə isə mayın sonuncu bazar günündə təbrik edirlər. Amma analar günü ən orijinal şəkildə Serbiyada qeyd edilir. Miladdan 2 həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına yaxınlaşıb onu çarpayıya bağlayırlar. Ana əsirlikdən qurtulmaq üçün bir gün əvvəldən balışının altında hazır qoyduğu hədiyyələri balaca "quldurlar"a verməli olur. 8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.

Категория: Yumor | Просмотров: 1607 | Добавил: Vasmoylu | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
SEXSI KABINET
  Giris

Cume
19.04.2024
11:52

LOGIN:
PAROL:

AXTAR
DOST SAYTLAR
ONLINE REKLAM:
SAAT
ULDUZ OL!

SENDE ULDUZ OL:

NiK:-:
Ad:-
Soyad:-
E-Mail:-
-
Nomre:- - - -
STATUS:-:
ULDUZ OLMAQ ISTEYIRSENSE SAYTA COXLU XEBER YUKLEMELISEN
EN POPULYAR XEBERLER
  • Aysel & Arash
  • ADNA Haqqinda Yeni Bir Xeber
  • CeZa yerli plaka
  • TELEFON UCUN ZUMA Deluxe
  • MOBIL TELEFON UCUN ZENGLER
  • Roya & Samir(En Cox Oxunan)
  • Nusret Kesemenli OGRU OLMAQ ISTEYIREM
  • H.O.S.T ALLIANCE
  • EN COX XEBER SALANLAR

    STATISTIKA

    ONLINE Cemi 1
    Qonaqlar 1
    Istfadeciler 0

    Design by XakeR Zver

    Хостинг от uCoz