ESAS BOLME
 » Ana Səhfə
 »Forum
 » Qonaq Kitabı
 »Xəbər və Yükləmələr
 » ZƏNGIMCELL
   » Namaz Vaxtı
   » Valyuta
 » Chat.Eylenceli.Ru.tc
   » MP3
   » YouTube KANAL
   » GROOVE A.K.A.BiToN
   »İFTAR VAXTI
   »FACEBOOK-da
   »REKLAM
   »11 КВАРТАЛ
   »ISTƏK MP3
   »Wap.Eylenceli.Ru.Tc
BOLMELER
Musiqi [36]
Sekil [5]
Kino,Video [20]
Xeberler [66]
WEB [9]
AUTO [1]
MOBIL [4]
DINI [3]
Oyun [3]
Yumor [5]
Seyir [1]
SHOW-BIZNES [4]
PROGRAM [1]
Sevgi [1]
Rus Dilinde Xeber [8]
mahni sozleri [9]
KURTLAR VADISI [1]
Azerbaycan [0]
AZERI REP [0]
Barcelona [1]
Fenerbahce [0]
11 KBAPTAЛ [6]
Micron & ДыМоК
RapRock [0]
MINI CHAT
200
Главная » 2009 » May » 1 » GUNAHSIZ GENCLER VE MUELLIMLER!
21:41
GUNAHSIZ GENCLER VE MUELLIMLER!
Qaradərili gənclər Azərbaycan Neft Akademiyasına silahlı basqın etdi!
15 nəfər ölüb, çoxlu yaralı var

Bu gün səhər saatlarında Azərbaycan Neft Akademiyasının ikinci korpusuna silahlı basqın olub. Azərbaycan vətəndaşı olmayan, afroamerikalı şəxslər avtomat silahla ali məktəbin binasına daxil olaraq, tələbə və müəllimlərə atəş açıb. Silahlı şəxslərdən birinin artıq öldürüldüyü və ya özünə qəsd etdiyi bildirilir. Onun Suriya vətəndaşı olduğu bildirilir.
Daxili İşlər Nazirininin müavini Vilayət Eyvazov da cinayətkarlardan birinin artıq ödürüldüyünü təsdiq edib.
Lakin basqınçıların sayının 1 deyil, daha çox olması haqqında da məlumatlar var. İçəridə qalan terrorçuların bir neçə nəfəri girov saxladığı bildirilir. Ətrafa snayperlər gətirilib.
Basqının səbəbləri məlum olmasa da, qanlı olay nəticəsində çoxsaylı insanın xəsarət aldığı deyilir. İlkin məlumatlara görə ölənlərin sayı 15 nəfərdir. Onlardan 13 nəfəri Mərkəzi Klinik Xəstəxanada, 2-si isə 4 nömrəli xəstəxanaya aparılıb. Ölənlərin sayı arta bilər. Yaralılardan birinin xarici vətəndaş olduğu deyilir.
Hazırda bina təhlükəsiz qüvvələri tərtəfindən mühasirəyə alınıb. Xüsusi təyinatlı dəstələr müəllim və tələbələri binadan çıxarmaqla məşğuldur.
Hadisə yerinə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov gəlib. 
Qeyd edək ki, hazırda prezident İlham Əliyev də Bakıdadır. Ölkə başçısı axşam saatlarında Belçikadan rəsmi səfərdən qayıdıb.
 
Сегодня утром произашло вооруженное нападение на второй корпус Азербайджанской Нефтяной Академии. учинившие вооруженное нападение темнокожие не граждане Азербайджана. Войдя в здание академии вооруженные открыли огонь в учителей и студентов. Сообщается, что вооруженный человек застрелился или убит. Он был гражданином Сирии. Вооруженных преступников было несколько и некоторые из них с заложниками находится в одной из комнат здания Нефтянной Академии. Пока не установлена причина происшествия. По предворительным данным более 10 человек получили ранение. Число убитых во время события достигло 15 человек. Один из раненных иностранец.

Согласно другой информации застрелившийся преступник является гражданином Грузии. Об этом сообщил журналистам главврач станции скорой помощи города Баку Мурсал Гамидов со ссылкой на МВД республики.

В больницу поступило 10 раненых, из них 5 скончались. Пострадавшие все еще поступают. Число жертв может рости. В настоящее время сотрудники полиции и отряды полиции специального назначения проводят соответствующие мероприятия на месте происшествия.
На место происшествия прибыли снайперы, группа захвата и сотрудники сил безопасности.
Министр МВД Рамиль Усубов и Генпрокурор республики Закир Гаралов находятся на месте происшествия.
Отметим, что президет Ильхам Алиев находится в Баку. Президент вчера вечером вернулся из официального визита в Бельгию.

Yenilendi
alt

Ölənlərin sayı 17-yə yüksəldi

Terrorçulardan birinin adı dəqiqləşdi

Universitetdə təhsil alan Türkiyə vətəndaşı bildirir ki, qanlı hadisə ərəb və azərbaycanlı tələbələr arasında baş verən münaqişənin nəticəsidir

Ən son rəsmi açıqlamaya görə 17 nəfər ölüb, 15 nəfər yaralanıb. 4 saylı Əfəndiyev adına Xəstəxanadan ANSPRESS-ə verilən məlumata görə, faktla bağlı xəstəxanaya 5 nəfər gətirilib. Onlardan 2-si ölüb. Hər iki şəxs - Ayaz Bağırov və Savalan Cabbarov 4-cü kurs tələbələri olublar. 3 nəfər yaralı isə ağır vəziyyətdə reanimasiyadır. Onlardan biri suriyalı Naoya Dean, digərləri Zemfira Hüseynli və Rəhman Axundovdur. Ölənlər arasında tələbələrlə yanaşı, müəllimlər də var. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ölü sayının artacağı ehtimal olunur.
Qətlə yetirilənlərin əksəriyyəti baş nahiyəsindən vurulub. Bu, güllə atanın və ya atanların atıcılıq qabiliyyətinə malik olduğunu deməyə əsas verir. Hadisə yerindən tapılan gilizlər isə güllələrin “Makarov” tipli tapançadan atıldığını göstərir. Eyni zamanda tapançanın darağının iki dəfə dəyişdirildiyi ehtimal olunur. Hadisədən dərhal sonra əraziyə və binaya ölkənin güc sturkturlarının əməkdaşları gəlib, xüsusi əməliyyat keçirilib. Binanın içərisindəki insanlar evakuasiya olunub. Artıq əməliyyatın başa çatdığı bildirilir. Amma binaya xüsusi təyinatlı itlər gətirilib. Bu dəqiqələrdə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun baş vermiş hadisə ilə bağlı birgə məlumatı hazırlanır.
Polislərin «Azadlıq» radiosu əməkdaşlarına verdiyi xəbərə görə, binanın içərisində tələbə və müəllim heyətindən heç kim qalmayıb. Ölən və yaralananların hamısı xəstəxanalara aparılıb. Binanın içərisində əməliyyatçılar işləyir.
Dövlət Neft Akademiyasının əsas korpusu və olay baş verən korpusuna giriş-çıxış bağlıdır. Ətrafda yaxınlarından xəbər tutmaq istəyən xeyli insan var. Tələbə və müəllim heyətinin ailə üzvləri yaxınları haqda məlumat almaqda çətinlik çəkdiklərini deyirlər.
Əraziyə xeyli insan toplaşdığından mobil rabitə sistemində problemlər var. Xüsusən «Bakcell» abunəçiləri ilə əlaqə yaratmaq çətinləşib. Polis insanları ərazidən uzaqlaşdırmağa çalışır.
1 saylı Təcili tibbi yardım xəstəxanasına Neft Akademiyasından 6 ölü, 7 yaralı gətirilib. Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə açıqlamasında xəstəxananın cərrahı Əziz Məmmədov məlumat verib.
O bildirib ki, ölənlər və yaralananların böyük əksəriyyətinə güllə başından dəyib. Ölülərdən 2-si qadındır. Yaralıların isə 1-i Sudan vətəndaşı, 1-i Neft Akademiyasının professoru, 2-si isə qızdır. Hazırda meyitlər xəstəxananın morqunda ekspertizadan keçirilir.
Ə.Məmmədov ölən və yaralananların şəxsiyyətləri barədə ən yaxın müddətdə məlumatların veriləcəyini də vurğulayıb.
Hadisə ilə bağlı Türkiyənin «Milliyet» qəzetində maraqlı versiya yer alıb. Akademiyada təhsil alan Türkiyə vətəndaşı qəzetin hadisə ilə bağlı şərh bölümündə bunları yazıb: «Universitetdə iki-üç gün sürən ərəb və azərbaycanlı tələbələr arasında dava bu gün gözlənilməz və üzüntü verən qətliamla davam edir. İntihar etdiyi və ya öldürüldüyü bildirilən terrorçulardan birinin Gürcüstan vətəndaşa olduğu ortaya çıxdı. 25-30 adamı girov götürən ərəb isə hələ də müqavimət göstərir».
Neft Akademiyasına silahlı basqın edən terrorçulardan birinin adı tam dəqiqləşib. Lent.az-ın məlumatına görə, basqından sonra özünü öldürən şəxs azərbaycanlı, Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndindən olan Qədirov Fərda Əsəd oğludur. O, 1980-ci il dekabrın 8-də anadan olub. Bakıya isə bu il martın 13-də gəlib.
Qədirovların 1988-ci ildə Ermənistandan deportasiya olunaraq, Marneuliyə köçdükləri, ata Qədirovun müəllim olduğu və hazırda Moskvada yaşadığı deyilir.
Fərda Qədirovun şəxsiyyəti ilə bağlı əldə etdiyimiz başqa bir məlumatı isə hələlik rəsmən təsdiqlənmədiyi üçün yaymırıq.
Bundan əvvəl adıçəkilən Nadir Şirxan oğlunun bu hadisəyə hər hansı aidiyyəti olub-olmadığı bilinmir. Bəzi məlumatlara görə, o, hadisə zamanı həbs edilsə də, sonradan olaya aidiyyəti olmadığından sərbəst buraxılıb.





==================================================

Yenilendi

alt
Dövlət Neft Akademiyasında əməliyyat başa çatıb
Ölən və yaralılardan bəzilərinin adları məlum olubDövlət Neft Akademiyasında aparılan əməliyyat artıq başa çatıb. Xüsusi təyinatlı polis dəstələri artıq ərazidən uzaqlaşıb. İlkin məlumata görə, hadisəni törədən bir nəfər xarici vətəndaş özünü güllələyib. Ərazidə yanğınsöndürən maşınlar qalıb.
Respublika Klini Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində 10 nəfər həlak olub. 4 saylı Əfəndiyev adına Xəstəxanadan verilən məlumata görə, faktla bağlı xəstəxanaya 5 nəfər gətirilib.
Onlardan 2-si ölüb. Hər iki şəxs Ayaz Bağırov və Savalan Cabbarov 4-cü kurs tələbələri olublar.
3 nəfər yaralı isə ağır vəziyyətdə reanimasiyadır. Onlardan biri suriyalı Naoya Dean, digərləri Zemfira Hüseynli və Rəhman Axundovdur. Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə isə indiyə qədər 13 meyitin gətirildiyi bildirilir. // ANS-Press


==================================================


==================================================
BAKIDA QANLI OLAY

Son dəqiqəyə olan məlumat!
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bu gün Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə barədə rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2009-cu il aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən «Qaz Neft Mədən» və «Neft Mexanikası» fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə «Makarov» tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.

Cinayətin törədildiyi yer və meyitlər müayinə olunub, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilib.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, «Makarov» tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

İlkin məlumatlara görə, cinayət nəticəsində Ayaz Cavanşir oğlu Bağırov, Yusif Telman oğlu Bəndəliyev, Tamella Zülfüqar qızı Əzizova, Taleh Tariyel oğlu Məmmədov, Ramiz Xəlil oğlu Abdullayev, Şəfa Afət qızı Məmmədova, Məcnun Abdulvahid oğlu Vahidov, Ayna Abbasqulu qızı Qurbanova, Savalan Allahverdi oğlu Cabbarov, Emin İmaməli oğlu Abdullayev və Ruslan Babaşov həlak olmuş, Mustafa Muxammed (Sudan vətəndaşı), Seyid Əhməd Amuri (Sudan vətəndaşı), Daas Muaviyyə (Suriya vətəndaşı), Rəhman Axundov, Zemfira Hüseynli, Səbinə Qurbanova, Elşən Məmmədov, Elvin Cəbiyev, Kənan İsayev, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev və Bəxtiyar Cəfərov yaralanıblar.

Həlak olan digər 2 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üzrə müvafiq tədbirlər görülür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılmış, intensiv tədbirlər həyata keçirilir./ ANSPRESS/

Terrorçunun bibisi və əmisi danışdı

Azərbaycan Neft Akademiyasında terror hadisəsi tərədən Gürcüstan Respublikasının vətəndaşı Qədirov Fərda Əsəd oğlunu təxminən bir ay əvvəl dostu Bakıya çağırıb.

Bu barədə APA-nın Daştəpə kəndində olan Gürcüstan müxbirinə F. Qədirovun bibisi Rəna Qədirova bildirib. R. Qədirova deyib ki, qardaşı oğlu təxminən 1 ay bundan əvvəl kənddə olub. Onun sözlərinə görə, işsiz olan F. Qədirov işləmək üçün dostu tərəfindən Bakıya dəvət olunduğunu deyib. R. Qədirova onu da deyib ki, Fərda ilə atası arasında inciklik olub: “Atası onun Rusiyada yaşamasını istəsə də, Fərda kəndə qayıtmışdı”.

F. Qədirovun qonşuları Fərman Nəzərov və Elmira Qədirova isə onun kənddə olduğu müddətdə heç kimlə əlaqəsinin olmadığını, yaşadığı evdən kənara çıxmadığını açıqlayıblar.

F. Qədirovun hazırda Moskvada yaşayan əmisi Səməd Qədirov isə APA-ya açıqlamasında baş verənlərdən xəbərsiz olduğunu bildirib. S. Qədirov qardaşı oğlunun Gürcüstanda yaşadığını və onlarla küsülü olduğunu söyləyib: “Yazıq, fağır adamlardır. Mən isə Moskvada ticarətlə məşğulam. Onlarla çoxdandır küsülüyəm”.

Qeyd edək ki, F. Qədirov 1980-ci ildə Marneuli rayonunun Daştəpə kəndində anadan olub. Qədirovlar ailəsi hazırda Daştəpə kəndində yaşamır. Kəndin tabe olduğu Qullar kəndinin icra nümayəndəsi Vidadi Həsənov APA-nın əməkdaşına bildirib ki, onlar təxminən 10 il əvvəl kəndi tərk ediblər. F. Qədirovun ailəsi hazırda Rusiya Federasiyasında yaşayır.

F. Qədirovun sonuncu dəfə təxminən 1 ay əvvəl Daştəpə kəndindəki evlərinə getdiyi bildirilib. İcra nümayəndəsinin sözlərinə görə, F. Qədirov subaydır. O, F. Qədirovun indiyə kimi məhkumluğunun olmadığını da bildirib. İcra nümayəndəsinin sözlərinə görə, terrorçunun atası uzun müddət kənddə dil-ədəbiyyat müəllimi işləyib.

Mənbə :Lent.Az



Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyevin APA-ya verdiyi məlumata görə, hadisə zamanı ölən şəxslər aşağıdakılardır:
 
1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Bağırov Ayaz Cahangir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
13. Terrorçu – Qədirov Fərda Əsəd oğlu, 1980-ci il təvəllüdlü (Gürcüstan vətəndaşı). S. Əliyev APA-ya deyib ki, hadisə nəticəsində dünyasının dəyişən 12 nəfər Səhiyyə Nazirliyinin hesabına müsəlman adət-ənənələri ilə yuyulub, kəfənlənib və maşınlarla ünvanlarına çatdırılıb. Yaralanan 10 şəxs isə hazırda stasionar müalicə alır. Onlardan bir neçəsinin vəziyyəti çox ağırdır.
MEN IBADOV KAMAL DEYIREMKI ALLAH REHMET ELESIN VALDIYNLERE ISE SEB ARZU EDIREM.ALLAH REHMET ELESIN!
Категория: Xeberler | Просмотров: 1053 | Добавил: KAMAL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
SEXSI KABINET
  Giris

Cume
03.05.2024
07:14

LOGIN:
PAROL:

AXTAR
DOST SAYTLAR
ONLINE REKLAM:
SAAT
ULDUZ OL!

SENDE ULDUZ OL:

NiK:-:
Ad:-
Soyad:-
E-Mail:-
-
Nomre:- - - -
STATUS:-:
ULDUZ OLMAQ ISTEYIRSENSE SAYTA COXLU XEBER YUKLEMELISEN
EN POPULYAR XEBERLER
  • Aysel & Arash
  • ADNA Haqqinda Yeni Bir Xeber
  • CeZa yerli plaka
  • TELEFON UCUN ZUMA Deluxe
  • MOBIL TELEFON UCUN ZENGLER
  • Roya & Samir(En Cox Oxunan)
  • Nusret Kesemenli OGRU OLMAQ ISTEYIREM
  • H.O.S.T ALLIANCE
  • EN COX XEBER SALANLAR

    STATISTIKA

    ONLINE Cemi 1
    Qonaqlar 1
    Istfadeciler 0

    Design by XakeR Zver

    Хостинг от uCoz