"Ans-Press"-dən aldığımız məlumata görə, Müdafiə Nazirliyinin Zığ qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində xidmət edən əsgər 18 yaşlı Rəşad Talıbov özünü xidməti silahı ilə öldürüb. Əsgərin qardaşı Ayaz Talıbov bildirib ki, qardaşının özünü öldürməsi barədə meyiti gətirən hərbçilər deyib. A. Talıbov isə qardaşının özünü öldürməsinə inanmadığını deyir. Onun sözlərinə görə, qardaşının qollarında çapıqlar və bel nahiyəsində qançır yerləri olub. Qeyd edək ki, R. Talıbov 2009-cu ilin aprelində İsmayıllı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb. Əsgər, doğulduğu İsmayıllı rayonu Keyvəndi kəndində dəfn olunub. Faktla bağlı dəflərlə cəhd edilsə də, Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.