Главная » 2009 » Avqust » 22 » QARAÇILAR TƏRƏFİNDƏN OĞURLANMIŞ UŞAQ AİLƏSİNƏ QAYTARILIB
23:50
QARAÇILAR TƏRƏFİNDƏN OĞURLANMIŞ UŞAQ AİLƏSİNƏ QAYTARILIB
Klinikanın mətbuat xidmətindən verilən məlumata görə, həmişə klinikanın həndəvərində dolaşan qaraçı qızların yanında onlara heç bənzəməyən 8-9 yaşlarında ağbəniz bir qızın da olması xəstəxananın təhlükəsizlik üzrə inspektoru vəzifəsində çalışan Həsənov Azər Xudaşükür oğlunda şübhə doğurub. A. Həsənov məsələni araşdırmaq üçün qaraçılara yaxınlaşarkən, onlar yanlarındakı qızı orada qoyaraq qaçıblar. A. Həsənovun uşaqla apardığı söhbət əsnasında məlum olub ki, qaraçılar azyaşlını «İnşaatçılar» metro stansiyasının yanında aldadaraq özlərinə qoşublar. Uşağın sözlərinə görə, qaraçılar onlarla gedəcəyi təqdirdə ona böyük gəlincik, çoxlu şirniyyatlar alacaqlarını vəd ediblər.
A. Həsənov azyaşlıdan öyrəndiyi telefona zəng vuraraq, uşağın nənəsi ilə əlaqə saxlayıb. Sonra isə hadisə haqqında Yasamal rayonu 29-cu polis bölməsinə məlumat verilib. Polis işçiləri hadisə yerinə gələrək uşağı bölməyə aparıblar.