ESAS BOLME
 » Ana Səhfə
 »Forum
 » Qonaq Kitabı
 »Xəbər və Yükləmələr
 » ZƏNGIMCELL
   » Namaz Vaxtı
   » Valyuta
 » Chat.Eylenceli.Ru.tc
   » MP3
   » YouTube KANAL
   » GROOVE A.K.A.BiToN
   »İFTAR VAXTI
   »FACEBOOK-da
   »REKLAM
   »11 КВАРТАЛ
   »ISTƏK MP3
   »Wap.Eylenceli.Ru.Tc
BOLMELER
Musiqi [36]
Sekil [5]
Kino,Video [20]
Xeberler [66]
WEB [9]
AUTO [1]
MOBIL [4]
DINI [3]
Oyun [3]
Yumor [5]
Seyir [1]
SHOW-BIZNES [4]
PROGRAM [1]
Sevgi [1]
Rus Dilinde Xeber [8]
mahni sozleri [9]
KURTLAR VADISI [1]
Azerbaycan [0]
AZERI REP [0]
Barcelona [1]
Fenerbahce [0]
11 KBAPTAЛ [6]
Micron & ДыМоК
RapRock [0]
MINI CHAT
200
Главная » 2009 » Mart » 9 » Zirəddin Rzayev: “Onlarla məhkəmədə görüşəcəyik”
01:11
Zirəddin Rzayev: “Onlarla məhkəmədə görüşəcəyik”
Zireddin Rzayev AzErbaycanda neşr olunan “Yeni Çağ” qezetində ve ATV kanalında yayımlanan «El içinde verilişindeünvanına seslenəe ittihamlara cavab verib

Ekstrasens verdiyi açıqlamada asan yolla qeydiyyatdan keçib, tanınmayan aztirajlı qəzetin böhtan yaymaqla məşğul olduğunu pislədiyini vurğulayıb: “Jurnalistikada xəbər fakta söykənməlidir. Mənə böhtan atanlara bəzi suallarım var. Necə olur ki, Azərbaycanın təhlükəsizlik orqanları mənim Rusiyaya agent işləməyimdən və ya Azərbaycanda satanist (şeytana biət edən) klub yaratmağımdan xəbərdar deyil, bunlar xəbərdardır? Hansı dəlilə və sübuta əsaslanaraq bu ittihamları irəli sürürlər?”

O, ATV-də yayımlanan «El içində» verilişində iştirakdan imtina etməsinin səbəblərinə də aydınlıq gətirib: “Ekstrasens olduğum üçün orada xoşagəlməz halların yaşanacağını əvvəldən görürdüm. Mən orada sovetin qurdlarının iştirak etdiyini bilirdim, mənə qarşı paxıllıq olduğuna görə o ittihamlarla qarşılaşacağımı əvvəldən hiss edirdim. Ona görə də həmin verilişə getmədim. Nadir İsmayılov, Rəşid kimilər mənim haqqımda əsassız və qərəzli böhtanlarla çıxış etdilər. Onlar mənim Rusiyada keçirilən şouya qatılmağımın da, diplomlarımın da saxta olduğunu söyləyirlər. Rusiyaya isə 2006-cı ildə gəldiyimi deyirlər. Azərbaycanın ümumvətəndaşlıq pasportunu daşıyıram və orada mənim Rusiyaya nə zaman girib-çıxmağım haqqında sərhəd nəzarətçilərinin möhürü var. Mən Moskvaya təhsilimi davam etdirmək üçün gəlmişəm. İkincisi, diplomumun saxtalığını söyləyənlərin saxta fikirlərinə münasibət olaraq bildirmək istəyirəm ki, bunu da sübut etməyin yolu var”.

Z. Rzayevi agent kimi qələmə verilməsindən də dərin təəssüf hissi keçirdiyini söyləyib: “Mən Yunus İmrə, Şah İsmayıl aşiqiyəm. Özüm də şair ruhluyam. Onlar belə bir türkçüyə böhtan atırlar. Rusiyanın TNT kanalında yayımlanan “Bitva ekstrasensov” verilişində ruslardan mənə qarşı haqsızlıq, qərəzlilik gözləyirdim. Orada və hər yerdə Azərbaycanın maraqlarını qorumuşam, bu xalqın, bu millətin oğlu olduğum üçün fəxr etmişəm. Amma özününkülərdən gördüyüm paxıllıq və qərəz məni çox ağrıdır”.

O, üzünü “Bitva ekstrasensov” verilişini şou adlandıran Nadir İsmayılova tutaraq, “Əgər o veriliş şou idisə, Sizin həmkarınız olan həkim, alim, psixiatr Vinoqradov niyə qatılmışdı o verilişə”, - söyləyib.

Ekstrasens ünvanına ittiham səsləndirənləri məhkəməyə verəcəyini də bildirib: “İnsan qocalanda müdrikləşər, Allaha yaxın olmaq istəyər, atam yaşında olan Nadir, Rəşid kimi alimlərin oğullarına böhtan atmasını necə izah etmək olar, bilmirəm. Yəqin xəstələrini əllərindən alacağımdan qorxub, belə qərəz və böhtan dolu çıxışlar edirlər. «El içində» verilişinin növbəti çəkilişində iştirak etmişəm, oradan həmin adamlara ismarıcımı göndərmişəm. Mənə böhtan atanlarla, ünvanıma əsassız ittihamlar səsləndirənlərlə məhkəmədə görüşəcəyik”.

Категория: Xeberler | Просмотров: 944 | Добавил: Vasmoylu | Рейтинг: 5.0/2
Всего комментариев: 1
0  
1 hmmmm   (14.03.2009 21:34) [Xeber]

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
SEXSI KABINET
  Giris

Cume
17.05.2024
06:58

LOGIN:
PAROL:

AXTAR
DOST SAYTLAR
ONLINE REKLAM:
SAAT
ULDUZ OL!

SENDE ULDUZ OL:

NiK:-:
Ad:-
Soyad:-
E-Mail:-
-
Nomre:- - - -
STATUS:-:
ULDUZ OLMAQ ISTEYIRSENSE SAYTA COXLU XEBER YUKLEMELISEN
EN POPULYAR XEBERLER
  • Aysel & Arash
  • ADNA Haqqinda Yeni Bir Xeber
  • CeZa yerli plaka
  • TELEFON UCUN ZUMA Deluxe
  • MOBIL TELEFON UCUN ZENGLER
  • Roya & Samir(En Cox Oxunan)
  • Nusret Kesemenli OGRU OLMAQ ISTEYIREM
  • H.O.S.T ALLIANCE
  • EN COX XEBER SALANLAR

    STATISTIKA

    ONLINE Cemi 1
    Qonaqlar 1
    Istfadeciler 0

    Design by XakeR Zver

    Хостинг от uCoz